BMU-da “Rebuild Karabakh” hakatonu ilə bağlı infosessiya keçirilib

8 oktyabr 2025

BMU-da “Rebuild Karabakh” hakatonu ilə bağlı infosessiya keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının təşkilatçılığı ilə “Ağıllı şəhər, yaşıl gələcək: WUF 2026-a doğru” layihəsi çərçivəsində “Rebuild Karabakh” hakatonu ilə bağlı tələbələr üçün infosessiya keçirilib.   

“Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin məqsədi gənclərin innovativ ideyalarını dəstəkləmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və dayanıqlı inkişafa töhfə verməkdən ibarətdir.  

İnfosessiyada layihənin ölkəmizdə innovasiya ekosisteminin inkişafına, Qarabağın bərpası və “ağıllı şəhər” konsepsiyasının reallaşdırılmasına töhfə olduğu vurğulanıb. Bildirilib ki, bu kimi təşəbbüslər gənclərin texnoloji bacarıqlarının inkişafına, onların sosial məsuliyyət və yaradıcılıq potensialının artırılmasına xidmət edir.

Tədbirdə layihənin məqsədi, istiqamətləri, mərhələləri və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib, iştirakçıları gözləyən imkanlardan, qaliblər üçün nəzərdə tutulan dəstək mexanizmlərindən və layihənin “Ağıllı şəhər, yaşıl gələcək” prinsiplərinə əsaslanan ideya platformasından bəhs edilib

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, hakatona qoşulma qaydaları və qeydiyyat prosesi barədə əlavə informasiyalar nəzərə çatdırılıb (https://forms.fillout.com/t/wzfNzA2HC4us).

BMU-da “Rebuild Karabakh” hakatonu ilə bağlı infosessiya keçirilib | BEU