11 oktyabr 2025
<span style="color:#000000;">Prometey İntellektual Klubu Bakı Mühəndislik Universiteti (BMU) yarandığı gündən aktiv fəaliyyət göstərir. Hazırda universitetin ən fəal klublarından biridir. Klub intellektual oyunlar təşkil etmək, gəncləri bu tip maarifləndirici fəaliyyətlərə cəlb etmək və inkişaf etdirmək üçün yaranıb.</span>
<span style="color:#000000;">Klubun fəaliyyəti dövründə, 5 dövrə “Nə? Harada? Nə zaman?” liqası, 50-dən çox “Xəmsə” Milli İntellektual Oyunu, universitetlərarası yarışlar, 30-dan çox “Brain Ring”, “Meloman”, “Kinoman”, “Bibliofil” tipli bir çox turnirlər uğurla həyata keçirilib və bu fəaliyyətlər hələ də davam etməkdədir.</span>
<span style="color:#000000;">Turnirlərdə qaliblər sertifikat, hədiyyələr, kubok və medallarla təltif olunurlar. Turnirlərdə uğurlu fəaliyyət göstərən tələbələr, BMU-nu respublika səviyyəli yarışlarda layiqincə təmsil ediblər.</span>
<span style="color:#000000;">Prometey İntellektual Klubu tələbələrin və gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün inkişafına kömək etməklə yanaşı, komanda ilə işləmək bacarıqlarının təkmilləşməsinə də müsbət təsir göstərir.</span>