11 oktyabr 2025
<span style="color:#000000;">Bakı Mühəndislik Universitetinin (BMU) Basketbol Klubu idmanın tələbələr arasında təbliğ olunmasında mühüm rol oynayır. Klubun əsas məqsədi basketbolu sevən tələbələri bir araya gətirmək, onları təlim və məşqlərə cəlb etmək, universitetdaxili və universitetxarici basketbol yarış və turnirləri təşkil etməkdir.</span>
<span style="color:#000000;">Klub universitet daxilində basketbol yığma komandasının formalaşmasında da çox aktiv şəkildə iştirak edib. Basketbol gənclər arasında çox sevilən və ölkəmizdə çox oynanılan bir idman növü olduğundan klub həvəsi olan tələbələrin bu idmanla mütəmadi məşğul olmasını təmin etmək üçün əlindən gələni edir. </span>